28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Buta”da biletlər kəskin bahalaşıb

19.12.2022

Buta Hava Yollarında (Buta Airways) uçuş biletlərinin qiyməti fantastik səviyyədə bahalaşıb.

"DM" xəbər verir ki, qiymət artımı 2,5 dəfə (!) ilə ölçülür.

Məsələn, şirkətin İstanbula olan uçuş biletinin qiyməti 288 manatdan 760 manata (2,6 dəfə bahalaşma), Tiflisə olan uçuş biletinin isə qiyməti 189 manatdan 521 manata (2,7 dəfə bahalaşma) qalxıb.

Bununla bağlı redaksiyanın Buta Hava Yollarına ünvanladığı sorğuya isə Azərbaycan Hava Yollarının "Daşınma qaydaları” adlı sənədinin "Qaydaların dəyişməsi” adlı dördüncü bölməsinin birinci bəndindən çıxarış cavab olaraq göndərilib. Həmin hissədə isə bildirilir:

"Aviaşirkətin hava daşımalarını tənzimləyən hazırkı qaydaları, təlimatları və digər sənədləri sərnişinlər xəbərdar edilmədən dəyişdirilə bilər, bir şərtlə ki, belə dəyişikliklərdən heç biri sərnişinin daşınmasına başlandıqdan sonra ona tətbiq edilməyəcək”.