Nazirlik: Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınması başlayıb 
    
                          
     
                         19.12.2022
 
    
                        										Qarabağdakı mədəni nümunələrin qeyri-qanuni formada aparılması, yəni oğurlanması istiqamətində siyahıya alınma işləri başlayıb.
"DM" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib.
Şöbə müdiri qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə müştərək iş aparılır, əməkdaşlıq edilir.