02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlanıb

19.12.2022

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, dekabrın 12-dən 17-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə mina, 35 tank əleyhinə mina və 297 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 579 hektar ərazi mina və PHS-lərdən təmizlənib.