02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zirvə Görüşünün birgə bəyanatının MƏTNİ

16.12.2022

Dekabrın 14-də Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Birinci Zirvə Görüşünə dair birgə bəyanat yayılıb.

"DM" xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Bəyanatın 1-ci bəndində tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və sarsılmaz dəstəyi təsdiq etdikləri qeyd olunub.

3-cü bənddə Türkiyə Cümhuriyyəti və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının üzvləri olaraq Azərbaycan Respublikasını işğal olunmuş ərazilərinin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ediblər.

Sənədin 6-cı bəndinə əsasən, tərəflər, Birləşmiş Millətlər Təşkilatının üzvləri olaraq, Kipr məsələsinə dair adadakı problemin iki icmanın suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında real və davamlı həllinə nail olmaq zərurətini vurğulayıb.

Bundan əlavə, tərəflər Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən 9-cu Zirvə Toplantısının qərarlarını və nəticələrindən razı qaldıqlarını bildirib.

Üç ölkə, həmçinin, iqtisadi əməkdaşlığı gücləndirmək, bunun üçün də mövcud hüquqi bazanı daha da inkişaf etdirmək məsələsində razılığa gəlib.

Üç dövlət başçısı enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də ifadə edərək, təbii qaz təchizatının xüsusi əhəmiyyətini vurğulayıb. Bu məqsədlə tərəflər birgə fəaliyyət və layihələri, o cümlədən mümkün investisiyaları, enerji resurslarının sabit və etibarlı təchizatının və tranzitinin inkişafını dəstəkləyirlər.

Bəyanat 25 bənddən ibarətdir. Sənəddə Türkiyə, Türkmənistan və Azərbaycanın ortaq tarixə malik yaxınlıq əsasında dövlətlərarası münasibətləri hərtərəfli inkişaf etdirmək və dərinləşdirmək öhdəlikləri öz əksini tapıb.