02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyetnam prezidentini SEÇİR

23.10.2018

Vyetnam Sosialist Respublikasının parlamenti oktyabrın 23-də səhər saatlarında prezident seçkiləri ilə bağlı səsvermə keçirib. 
TASS informasiya agentliyi  xəbər verir ki, səsvermənin nəticələrinin günün ikinci yarısında elan ediləcəyi gözlənilir. Bundan sonra yeni prezident xalqa, dövlətə və Vyetnamın hakim Kommunist Partiyasına sədaqət andı içəcək.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin 74 yaşlı baş katibi Nquen Fu Çonq prezident postuna yeganə namizəddir. Xatırladaq ki, Vyetnamın dövlət başçısı postu sentyabrın 21-də prezident Çan Day Kuanqın vəfatından sonra boş qalmışdı. Vyetnam konstitusiyasına əsasən, prezidentin ölümündən sonra bu vəzifə müvəqqəti olaraq vitse-prezident Danq Thi Nqok Thinə həvalə edilmişdi.