02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan, Türkiyə və Türkmənistanın biznes dairələri arasında görüş olub

16.12.2022

Türkmənbaşı şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Türkiyənin Palatalar və Birjalar Birliyinin, Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə üç ölkənin biznes dairələri arasında işgüzar görüş keçirilib.

Bu barədə AZPROMO məlumat yayıb.

Məlumata görə, görüşdə üç ölkənin biznes imkanları haqqında məlumat verilib, həyata keçiriləcək layihələrə dair təqdimat keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın "Hellmann Logistics” şirkəti ilə Türkmənistanın "Turkmen Logistics” Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.