06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada güclü yanğın: Beşi uşaq olmaqla azı on nəfər ölüb

16.12.2022

Fransanın cənub-şərqindəki Overn-Rona-Alplar regionundakı Vols-an-Velen (Vaulx-en-Velin) kommunasında yaşayış binasında baş verən yanğında beşi uşaq olmaqla azı on nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Rona departamentinin prefekturası "Twitter” səhifəsində məlumat yayıb.

Yanğının səbəbi hələlik məlum deyil. Dörd yaralının vəziyyəti ağırdır.

Yanğının söndürülməsinə 170 yanğınsöndürən və 65 texnika cəlb olunub.