06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputat “Azəriqaz”a limitlərlə bağlı təklif verib

16.12.2022

Milli Məclisin iclasında deputat Vüqar Bayramov "Azəriqaz” İstehsalat Birliyini qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməyə çağırıb.

"DM"-nın məlumatına əsasən, Vüqar Bayramov deyib ki, 2022-ci il yekunlaşdığından 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək.

"Nəzərə almaq lazımdır ki, bu il bu məsələ 10 gün yubandı. Təklif edirəm ki, "Azəriqaz” limitləri vaxtında sıfırlasın. Çünki insanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir və bu, yubanma yaradır. Əhali yubanmaya görə mavi yanacaqdan istifadə üçün daha çox xərc çəkir”, - deyə o qeyd edib.