09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Bəhreynin kralını təbrik edib

16.12.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

"DM" məktubun mətnini təqdim edir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm".