28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Ermənistanda serial çəkir

16.12.2022

İran rejissorlarının ekranlaşdırdığı "Salman Farsi” serialının çəkilişləri hazırda Ermənistanda aparılır.

"DM" xəbər verir ki, bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.

Son bir neçə ay ərzində çəkilişləri İranın Şahrud şəhərində aparılan serialın Bizans dövrü ilə bağlı son hissələri Ermənistanda çəkilir.

Serial Davud Mirbaqeri və İran teleradio qrupunun rəhbəri Peyman Cəbəlinin rejissorluğu ilə hazırlanır. Ekran işinin ssenari müəllifi Davud Mirbağıri, prodüseri isə Hüseyn Tahiridir.

Qeyd edək ki, tarixi dram janrında 60 seriyadan ibarət olacaq "Salman Farsi” serialının çəkilişlərinə 2019-cu il yanvarın 11-dən başlanılıb.