02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban Qurbanov 48 pillə gerilədi

23.10.2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
"Dövran Media" xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 48 pillə geriləyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 32 pillə geriləyib.
Qeyd edək ki, cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.