25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ərdoğan Suriya prezidenti ilə görüşün anonsunu verib

15.12.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderləri arasında görüşün keçirilməsini təklif edib.

Türkiyə lideri bu barədə Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli birliyi olaraq addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, daha sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidirlər. Beləliklə, bir sıra görüşlərə başlayacağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Türkiyə və Suriya dövlət başçılarının sön görüşü 2011-də baş tutub.

Mənbə: Haber Global