Azərbaycanlı MMA döyüşçüsü qətlə yetirilib- FOTO 
    
                          
     
                         15.12.2022
 
    
                        Azərbaycanlı MMA döyüşçüsü Vüqar Baxşıyev Almaniyada güllələnərək qətlə yetirilib. 
"MMA Azerbaijan” "Facebook” səhifəsinin yaydığı məlumata görə, hadisə Frankfurtda baş verib.
Hadisəni törədən 40 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
O, saxlanılarkən polisə müqavimət göstərməyib.
Qeyd edək ki, Vüqar Baxşıyev "Integra Fighting Championship” təşkilatının çempionu olub.