05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya səfiri Azərbaycana başsağlığı verib

15.12.2022

"Dekabrın 14-də Kəlbəcərdə səkkiz nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olması xəbəri məni kədərləndirdi”.

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld "Twitter” hesabında yazıb.

"Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə şəhid olub.