29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

14.12.2022

"Qarabağ bölgəsinin işğaldan azad edilməsi ilə iqtisadi dövriyyəyə yeni resursların və sərvətlərin cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha səmərəli kommunikasiya xətlərinin yaradılması Azərbaycan-İsveçrə iqtisadi əlaqələri üçün yeni imkanlar açır”.

"DM” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan, dağıdılmış şəhər və rayonların bərpası, yenidən qurulması sürətlə davam edir. İsveçrənin "sa_partners” şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin baş planlarının hazırlanmasına cəlb edilib. Növbəti mərhələdə isə İsveçrə şirkətlərinin Qarabağda həyata keçirilən tikinti layihələrində, eləcə də biznesin qurulması prosesində fəal iştirak etmək imkanları var.

Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasından sonra iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələrinin iştirakı ilə bu gün burada biznes forum keçirilir. Bu cür tədbirlər bizə biznesin maraqlarını izləməyə, Azərbaycan və İsveçrədən olan maraqlı şirkətlər arasında birbaşa əlaqələri daha yaxşı əlaqələndirmək üçün səylərimizi birləşdirməyə imkan verir. Ümid edirəm ki, biznes forum müzakirələri və işgüzar dairələr arasında keçirilən görüşlər hər iki tərəfin xeyrinə olan yeni təşəbbüslərin və layihələrin müəyyən edilməsinə, həyata keçirilməsinə töhfə verəcək”, - deyə o qeyd edib.