06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İLHAM ƏLİYEV: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var"

23.10.2018

Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında vurğulayıb ki,"ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.
 Dövlətimizin başçısı qeyd edib ki, Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir.
İlham Əliyev bir daha bildirib ki, "ASAN” bizim milli brenddir: "Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var”.