29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu il 54 mindən çox şəxsə əlillik təyin edilib

14.12.2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən  bildirilib ki, onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.