Ukrayna daha 64 əsiri geri alıb  
    
                         .jpg) 
     
                         14.12.2022
 
    
                        Dekabrın 14-də Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi keçirilib, 64 hərbçi qaytarılıb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Sərbəst buraxılan döyüşçülər arasında Donetsk və Luqansk istiqamətində döyüşmüş, xüsusən Baxmut şəhərinin müdafiəsində iştirak etmiş müdafiəçilər də var. Bunlar zabitlər, sıravilər və çavuşlardır”, - Yermak bildirib.