07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bu gün Türkiyəyə gəlir

23.10.2018

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək.
Türkiyə mətbuatınin məlumatına görə, C.Hespel səfəri çərçivəsində Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.