07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eduard: Həbibin heç bir şansı yoxdur

23.10.2018

"Ağ Canavar” ləqəbli kikboksçumuz Eduard Məmmədov UFC döyüşçüsü Həbib Nurməhəmmədovla sabiq peşəkar boksçu Floyd Meyvezer arasında rinqdə görüşün olacağına inanmır.
O, bu barədə açıqlamasında danışıb:
"Konor Makqreqorla Floyd Meyvezer arasında da döyüş olub, lakin, o, bir şou idi. Həbiblə Meyvezer arasında belə, şou xarakterli döyüşün olmasına inanmıram. Əgər döyüş olsa, kimin qalib gələcəyini düşünürəm? Əlbəttə ki, Meyvezerin. Həbibin rinqdə heç bir şansı yoxdur!”
Eduard Məmmədov onu da bildirib ki, Konor Makqreqorun döyüş üslubu onunkuna yaxındır:
"Həbib müsəlman olduğu üçün onun qalib gəlməsini istəyirdim. Ancaq Konorun döyüş üslubu mənə yaxın olduğundan, ona simpatiyam var”.