İranlı deputat:Etirazçılar həbs edilən kimi asılmalıdır  
    
                          
     
                         14.12.2022
 
    
                        Etirazçılar həbs edildikdən qısa müddət sonra edam edilməlidir.
"DM" xəbər verir ki, bunu İran parlamentinin radikal mühafizəkarlar qanadına mənsub Mustafa Mirsəlim deyib.
"İğtişaşları törədənlərin həbsi ilə onların edam edilməsi arasındakı vaxt çox uzundur. Onlar həbs olunduqdan sonra 5 və ya 10 gün ərzində edam edilməlidir”, - deputat bildirib.