29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Türkmənistandakı Zirvə Görüşündə çox mühüm addımlar atılacaq

14.12.2022

Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin görüşü çox mühüm addımların atılacağının təsdiqidir.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avazada Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı bildirib.

O qeyd edib ki, dünən üç ölkənin xarici işlər nazirlərinin Avazada baş tutan iclasında önəmli qərarlar qəbul edilib.

"İstər enerji, istər təbii qaz, istərsə də nəqliyyat sahələrində atacağımız addımlar çox böyük önəm daşıyır. Bu gün bunun nöqtəsini qoysaq, gələcəyə doğru mühüm addımlar atmış olacağıq. Türkiyə, Azərbaycan və Türkmənistanın bu Zirvə Görüşü tarixə Avaza Zirvəsi olaraq yazılacaq”, - deyə o bildirib.

Ərdoğan, həmçinin, əlavə edib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tam üzv olması Təşkilatı gücləndirəcək.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov öz növbəsində də üçtərəfli zirvənin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb: "Biz üç qardaş olaraq, dünyada rifah, sülh və iqtisadi inkişaf üçün səylərimizi davam etdirəcəyik. Xüsusən də, təbii qaz, elektrik enerjisi və nəqliyyat dəhlizlərinin üçtərəfli şəkildə həyata keçirilməsinə önəm veririk".