29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Saakaşvili haqda bu kadrları yaymağa məcburuq

14.12.2022

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətini mümkün qədər çətinləşdirmək və azadlığa çıxmaq üçün özünü şikəst etməklə məşğuldur.

"DM" xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Breqadze qeyd edib ki, Saakaşvilinin ətrafında onun guya kritik vəziyyəti ilə bağlı bəzi simulyasiyalar var.

"Gürcüstan xalqının və dövlətinin təhlükəsizliyi, eləcə də Gürcüstanın beynəlxalq imicinin yüksək marağına görə Gürcüstanda işgəncə verilmədiyini sübut etmək üçün və bu simulyasiya dayandırılmasa, müəyyən kadrları ictimaiyyətə açıqlamağa məcbur olacağıq”, - nazir bildirib.