29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa, Laçın və Kəlbəcərdə hava necə olacaq?

14.12.2022

Dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 m/s təşkil edəcək.

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Qərb küləyinin sürəti 2-5 m/s olacaq.

Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Qərb küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.

Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Lakin 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti, qərb küləyinin sürəti 3-8 m/s olacaq.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Şərq küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.