29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Milad asteroidi” Yerə doğru uçur

14.12.2022

Yerə doğru uçan 2015 RN35 asteroidi avropalı alimlər tərəfindən kəşf edilib.

Bu barədə Avropa Kosmik Agentliyi dekabrın 13-də "Twitter”də yazıb.

"2015 RN35 asteroidi kifayət qədər böyükdür və həvəskar astronomların onu müşahidə etməsi üçün çox yaxından uçacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, asteroidin eni 140 metrə çatır. Səma cismi Yerə 680 min kilometr məsafədə yaxınlaşacaq. Ona görə də planet və bəşəriyyət üçün təhlükə yaratmayacaq.

Onu da bildirək ki, mediada səma cisminə "Milad asteroidi” adı verilib.

Mənbə: rossaprimavera.ru