06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın İrana təziqləri davam edir

22.10.2018

İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq.
Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.
O bildirib ki, İrandan neft idxal edən ölkələrin ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarından azad olmaları Obama administrasiyası dövründəkindən daha çətin olacaq.
İrana qarşı tətbiq olunacaq sanksiyalardan ötəri neftin qiymətinin artacağı ilə əlaqədar narahatlıqların əsassız olduğunu deyən S.Mnuçin qeyd edib: "Bazar İranın neft ixracındakı azalmanı hazırkı qiymətə əks etdirir. Neftin qiyməti artmaqdadır. Fikrimcə, neft bazarı İranın tədarükündəki azalmanı nəzərə alır”.
Nazir noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.