29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada çəkilmiş bu görüntülər hər kəsi təsirləndirib - Video

13.12.2022

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx maraqla qarşılanıb və izləyənləri təsirləndirib.

"DM" xəbər verir ki, ekran işi Şuşa şəhərində, mərhum şair İsa Körpülünün "Gəl, sağollaşaq” şeiri əsasında ərsəyə gəlib.

Sözügedən şeiri tanınmış qiraətçi Xəzər Süleymanlı ifa edib, aktrisa Günay Həsən isə şəhid xanımlarının ümumiləşdirilmiş obrazını canlandırıb.

Elçin Ağazadənin rejissorluğu ilə hazırlanmış klipin ssenari müəllifi Aqşin Evrən, operatoru Soltan Abdullayevdir.