07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qaval rəqsi” RİQAda

22.10.2018

Riqada "Hər şey Latviya üçün” adlı rəqs müsabiqəsi keçirilib.
Latviyanın 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələri milli rəqsləri ilə çıxış edirlər.
Riqada yaşayan azərbaycanlı həmvətənlərimizin "Çinar” rəqs ansamblı da müsabiqəyə qatılan 600 qrup arasında fərqlənərək finala yüksəlib.
"Çinar” rəqs qrupunda çıxış edən Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova "Sarı gəlin” rəqsi ilə finala çıxan 44 qrupun arasındadır.
Oktyabrın 22-də Riqa VEF Mədəniyyət Mərkəzində keçirilən finalda azərbaycanlı balacalar "Qaval rəqsi” ilə bir daha münsiflər heyətinin qarşısına çıxıblar. Milli geyimli iştirakçıların rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bu il repertuar seçilərkən iştirakçılara Latviyanın 100 illiyindən ilhamlanmaq tövsiyə olunub. Tədbirdə Riqa Dumasının, meriyanın nümayəndələri və mədəniyyət işçiləri də iştirak ediblər.
Latviyada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi müsabiqə artıq üçüncü ildir ki, keçirilir. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarının gücləndirilməsidir. Builki tədbir Riqa Şəhər Meriyası tərəfindən Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə həyata keçirilib.