29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“SOCAR Türkiyə” Strateji Tərəfdaşlıq Mükafatına layiq görülüb

13.12.2022

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - "SOCAR Turkey” şirkəti texnologiya və innovasiya sahəsində uğurlu fəaliyyətinə görə Strateji Tərəfdaşlıq Mükafatına layiq görülüb.

Bu barədə "SOCAR Turkey”in "Twitter” hesabında məlumat verilib.

Məlumata görə, mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR-ın vitse-prezidenti Zaur Qurbanova təqdim edib.

"SOCAR Turkey” ("SOCAR Enerji Türkiye”) 2008-ci ildə "Petkim”in səhmlərinin 51%-ni yerli Özəlləşdirmə İdarəsindən satın alaraq fəaliyyətə başlayıb. Əsas investisiya sahələri neft-kimya məhsulları və ticarəti, neftin emalı, təbii qaz ticarəti və paylanması olan "SOCAR Turkey” sərmayələrinin böyük hissəsinin yerləşdiyi Aliağadakı ərazilər üçün Türkiyədə "xüsusi sənaye bölgəsi” adını alan ilk şirkətdir. SOCAR Türkiyədəki əsas investisiya sahələrini təbii qaz ticarəti və paylanması, benzin təmizlənməsi və paylanması, neft və neft-kimya məhsullarının istehsalı, ticarəti və bu sahələrə dəstək kimi fəaliyyətlər olaraq səciyyələndirir. Hazırda "SOCAR Enerji Türkiye” ölkənin ən böyük holdinqlərindən biridir. 2021-ci ildə şirkətin işçilərinin sayı beş min nəfəri, subpodratçılar ilə birlikdə yaradılan iş yerlərinin sayı isə 10 min nəfəri keçib.