02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Rusiyanın 12 yüksək rütbəli zabitinə sanksiya tətbiq edib

13.12.2022

Ukraynanın enerji infrastrukturuna zərbələri ilə əlaqədar Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

"DM"-nın  xəbərinə görə, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Rusiya ordusunun komandanlıq qərargahının 12 nümayəndəsinə: on general və iki polkovnikə qarşı sanksiyalar tətbiq edilib. Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri kimi tanınan general-mayor Robert Baranov da sanksiya siyahısına düşənlər arasındadır.

Bundan əlavə, Ukraynaya qarşı istifadə olunması üçün dronların istehsal edilməsi və Kremlə tədarükü ilə məşğul olan iranlı iş adamları və məmurları da sanksiyaya məruz qalıb. Xarici İşlər Naziri Ceyms Kleverli bildirib ki, İran rejimi öz xalqının dəyişiklik çağırışları qarşısında getdikcə daha çox təcrid olunur və sağ qalmaq üçün ümidsiz bir cəhdlə Putinlə pis sövdələşmələr bağlayır.

"Bugünkü sanksiyalara bu dronların istehsalına kömək edən şəxslər, o cümlədən Rusiyanın Ukraynada istifadə etdiyi pilotsuz təyyarələr üçün mühərriklərin istehsalına cavabdeh olan MADO şirkətinin ortaq sahibi və icraçı direktoru daxildir”, - deyə Britaniya hökumətinin yaydığı açıqlamada bildirilir.