Brüsseldə Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub  
    
                          
     
                         13.12.2022
 
    
                        Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə NATO Baş katibinin meydana çıxan təhlükəsizlik təhdidləri məsələləri üzrə müavinin köməkçisi Ceyms Appaturayla görüşüb.
"DM" xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.
"Biz Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kibertəhlükəsizlik, hibrid təhlükələr, eyni zamanda, kritik enerji infrastrukturlarının qorunması ilə bağlı səmərəli müzakirələr apardıq”, - o qeyd edib.