05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akopyan: Hazırda Xankəndidə sazişin icrası başlayıb

13.12.2022

Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır.

"DM" xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib.

O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir:

"Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”.

O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək.