Bakıda bu yol 2 gün bağlı olacaq  
    
                         .jpg) 
     
                         13.12.2022
 
    
                        16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda deyilir.