09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Səfir: “Bayraktar”ı “ indi Ukraynanın “xilaskar mələyi” adlandırırlar

13.12.2022

"Bayraktar” pilotsuz uçuş aparatları (PUA) Qarabağ müharibəsində tətbiq olunanda bəzi qüvvələr ona "şeytan” deyirdilər. Ancaq indi həmin qüvvələr "Bayraktar”ı Ukraynanın "xilaskar mələyi” adlandırırlar. Təbii ki, bu cür fikirlər ikili standartların təzahürüdür”.

"DM” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüşdə deyib.

O söyləyib ki, ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı vəsiyyəti yerinə yetirilib:

"Türkiyə və Azərbaycanın regional və beynəlxalq müstəvidəki rolu artmaqdadır. Bunun əsasında isə möhkəm əlaqələrin olması dayanır. Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması gündəmin əsas məsələsidir. Bu məsələ ilə bağlı Aşqabadda görüş olacaq”.

Səfir həmçinin bildirib ki, ortaq türk əlifbasının yaradılması da müzakirə olunan məsələlərdəndir.