29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belqradda Serblər küçələrə axışıblar - VİDEO

13.12.2022

Serbiyanın Belqrad şəhərində yüzlərlə sakin Kosovoda serb əhaliyə qarşı təzyiqlərə etiraz etmək üçün küçələrə çıxıb. Prezident iqamətgahının pəncərələri altına toplaşanlar tanınmamış respublikanın bayrağını yandırıb, "Kosovo Serbiyadır” şüarları səsləndirib və insanları aksiyaya çağırıblar.

Ölkə Prezidenti Aleksandr Vuçiç isə öz növbəsində sakinləri təxribatlara uymamağa və Kosovoda fəaliyyət göstərən NATO qüvvələrini təhdid etməməyə çağırıb:

"Mən xalqımıza səslənirəm, - baxmayaraq ki, bunu etmədiyini bilirəm, - heç bir halda NATO-nun işinə təhlükə yaratmayın”.

Onun sözlərinə görə, cümə axşamı məsələ ilə bağlı hökumətin iclası olacaq.

Kosovonun şimalında vəziyyət dekabrın 10-da keçmiş polis, serb Deyan Pantiçin həbsindən sonra gərginləşib. O, tanınmamış respublika ilə Serbiya sərhədində nəzarətə götürülüb. Bundan sonra Kosovo serbləri polisin Pantiçi Priştinaya aparmasının qarşısını almaq üçün magistral yollarda barrikadalar qurublar.


Mənbə: Vesti.ru