07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Hyperloop” saatda 400-lə gedəcək

22.10.2018

Biznesmen İlon Mask "Hyperloop” sürətli nəqliyyat vasitəsi üçün ilk vakuum tunelinin dekabrın 10-da işə salınacağını bildirib.
İlon Mask bu barədə özünün "Twitter” səhifəsində yazıb.
Tunelin açılışı münasibətilə bayram tədbirləri nəzərdə tutulub, növbəti gün isə istənilən şəxs kapsulda pulsuz hərəkət edə biləcək.
Test tuneli "SpaceX” raket istehsalı kompaniyasının Kaliforniyanın Hotorn şəhərində yerləşən ərazisində tikilib.
Vakuum tunellərinin hazırlanması ilə məşğul olan "Hyperloop One” kompaniyası ötən il Las-Veqas şəhərinin yaxınlığında ilk sınaqlarını keçirib. Sınaq zamanı sərnişin kapsulu insanla birgə saatda 113 kilometr sürət yığıb. Kapsulun bəzi prototipləri saatda 310 kilometr sürətlə hərəkət etsə də, onun layihə sürəti saatda 400 kilometrə çatır.