29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bizimkilər festivalı” yarmarkası başlayıb

13.12.2022

Yarmarkalar gündəlik həyatımıza əlvan çalarlar və müxtəliflik gətirir. "Handicraft Baku” and "Stock” komandası ABAD-ın informasiya dəstəyi ilə qısa müddət ərzində kəmiyyət və keyfiyyətcə böyüyərək artıq xoş ənənə halını alan "Bizimkilər festivalı” yarmarkalarının təşkilatçısı kimi özünü sübut edib.

"Bizimkilər festivalı”nın fəlsəfəsi təşkilatçıların özləri üçün çağırışa çevrilib. Yeni il ərəfəsində onlar yenidən hər kəsi möhtəşəm yarmarkaya dəvət edirlər. Yarmarka dekabrın 16, 17 və 18-də "Passage 1901”də baş tutacaq.

Təşkilatçı komanda ilə keçirəcəyiniz 3 gün sizə əyləncə, sevinc və həzz bəxş edəcək. Bu günlərin hər biri fərqli cür unikal və unudulmaz olacaq.

Dekabrın 16-da saat 16:00-dan 23:00-dək festivalın qonaqları rəssamların və sənətkarların əsərləri ilə tanış ola və onları əldə edə biləcəklər.

Saat 19:30-da xeyriyyə məqsədilə "Şəkərbura Şou” adlı xüsusi intellektual-əyləncəli oyun baş tutacaq. Bu oyuna qeydiyyat artıq səhifədə açıqdır: paylaşıma keçid BURADA.

Oyundan yığılan vəsait Azərbaycanda və Ukraynada müharibədən zərər çəkmiş uşaqlara yardım məqsədilə istifadə olunacaq.

Dekabrın 17-də saat 11:00-dan 20:00-dək yarmarkada ən yaxşı əl işi sənətkarlarının əsərləri ilə tanış ola biləcəksiniz. Yarmarka zamanı hər kəs sevimli bayram ərəfəsində özü və yaxınları üçün yaddaqalan və dəyərli əl işləri ala biləcək.

Dekabrın 18-i saat 11:00-dan 20:00-a kimi yerli geyim və aksesuar dizaynerləri yeni kolleksiyalarla ziyarətçilərin görüşünə gələcəklər.

Yarmarkada iştirak etməklə işinə ruhunun bir parçasını, qəlbinin hərarətini qoyan istedadlı və unikal sənətkarlarımıza dəstək vermiş olacaqsınız. Əyləncəli, sürprizlərlə dolu bayram ab-havasından, canlı musiqidən zövq alacaq, nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan və məşhur olan yerli brendlərin yaradıcıları ilə tanış olmaq imkanı əldə edəcəksiniz.