07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Ərtoğrul Cavid Rasizadə

22.10.2018

Ərtoğrul (Ərtoğrol) Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. 
Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.