29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sülhməramlılar ora fəallara təzyiq üçün gəlməyib

12.12.2022

Sülhməramlıların ekofəallara mane olmaq üçün əraziyə gətirdiyi iriçaplı silahlar onların missiyalarından kənardır. Bu addımlarla sülhməramlıların Azərbaycan vətəndaşlarına qarşı təxribat törətməsi yolverilməzdir. Onlar silahlarını nümayiş etdirmək və hansısa şəkildə aktivistlərə təzyiq göstərmək üçün yox, sülh yaratmaq üçün oradadır.

Bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışarkən Xankəndi dairəsini təmsil edən millət vəkili Tural Gəncəliyev deyib.

"2020-ci il 10 noyabr bəyanatında qeyd olunduğu kimi, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti məskunlaşıb. Onların əsas missiyası məhz sülh yaratmaqdır. Təəssüf ki, son zamanlar bölgədə sülhməramlıların qanunsuz əməllərinin sayı artıb. Belə ki, Azərbaycanın onlar üçün ayırdığı yoldan sülhməramlılar açıq, heç bir maneə olmadan erməni quldurlarının istifadə etməsinə, silah daşınmasına, eyni zamanda İrandan olan təxribatçı və terrorçuların ora gəlməsinə icazə verirlər”, - o bildirib.

Millət vəkili qeyd edib ki, son zamanlarda həmin ərazilərində Azərbaycanın resursları və yataqları qanunsuz istismar edilir, bu isə AR konstitusiya və qanunlarına ziddir:

"AR konstitusiyasının 39 maddəsi "Sağlam ətraf mühitdə yaşamaq hüququ”dur. Bu maddəyə görə hər kəsin sağlam mühitdə yaşamaq və ətrafın əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Ona görə də bu gün ekoloji aktivistlərin Azərbaycanın suveren ərazisində Xankəndi-Şuşa yolunu kəsərək hüquqlarını tələb etməsi təəccüb doğurmamalıdır.

Konstitusiyamızın 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin aktivistlər buna görə Azərbaycanda istədikləri vaxtda və yerdə belə aksiyalar keçirə bilər.

Rus sülhməramlıların bu qanunsuzluqlara imkan yaratması qəbuledilməzdir. Onlar Azərbaycan konstitusiya qanunlarına hörmət etməlidir! Hesab edirəm ki, bu məsələ AR qanunları çərçivəsində həll olunmalıdır”.