29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna səfiri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2022

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"DM" xəbər verir ki, bununla bağlı ukraynalı diplomat "Facebook” hesabında paylaşım edib.

"19 il əvvəl Azərbaycan xalqının ümummilli lideri - Azərbaycan Respublikasının dirçəlişində və möhkəmlənməsində, eləcə də Ukrayna ilə dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişmişdir! Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyalar və islahatlar Azərbaycana XXI əsrə güclü və müstəqil, çətin sınaqların və çağırışların öhdəsindən gəlməyə qadir dövlət kimi daxil olmağa, inamla irəliyə doğru addımlamağa imkan vermişdir!", - ukraynalı diplomat paylaşımında qeyd edib.