05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sülhməramlıların statusu haqda qanun yoxdur

12.12.2022

Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları özlərini işğalçı kimi aparır. Sülhməramlıların belə davranışı qətiyyən yolverilməzdir.

Bu sözləri Xankəndiyə gedən yolda Azərbaycan nümayəndə heyətinin qarşısının rus sülhməramlıları tərəfindən kəsilməsi haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professorun sözlərinə görə, sülhməramlıların fəaliyyətinin tamamilə yenidən tənzimlənməsi üçün yeni bir müqavilə imzalanmalıdır:

"Hazırki davranış Rusiya dövlətinin təbiətində var. Rusiyanın etdikləri beynəlxalq hüquqa ziddir və Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Əslində beynəlxalq təcrübədə sülhməramlı qüvvələr BMT tərəfindən təşkil olunur. Rusiya sülhməramlılarının statusu haqqında qanunun olmaması da onların əl-qolunu açır. Ümumiyyətlə, baş verənlər heç bir qanuna sığışmır. Sülhməramlıların ağzınlıqları barədə qəti şəkildə müzakirə aparılmalı, onların bütün vəzifələrinin dəqiq göstərildiyi yeni müqavilə imzalanmalıdır”.