05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Solovyov: Bu gün Zelenskinin ofisini dağıtmalıyıq

12.12.2022

Artıq mən Ukraynada baş verənlərə "xüsusi əməliyyat” deyə bilmirəm. Bu, əsl müharibəsir və burada bütün vasitələrdən istifadə etməliyik.

"DM" xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin ("Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.

"Bu gün və sabah Rusiyanın dəqiq raket zərbələri davam edəcək. Kimsə elə düşünür ki, bizim hərbi sursatımız tükənir, amma biz bunun belə olmadığını hərəkətdə sübut edirik, sözdə yox. Ukrayna Donetskdə dinc sakinlərə raket zərbələri endirir, dünyanın heç bir samballı KİV-i bunu işıqlandırmır. Necə ola bilər, bir tərəfdə dinc insanlar öldürülsün, Kiyevdə kimsə siqar çəksin (Ukrayna Prezidenti Zelenski nəzərdə tutulur – red.). Biz elə bu gün Kiyevin hökumət küçəsini yerlə yeksan etməliyik”, - deyə o qeyd edib.