05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rövşən Rüstəmov: “On yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır”

12.12.2022

"Sumqayıtla Bakı arasında sürət qatarları fəaliyyət göstərir və onlar 20-25 min nəfərin daşınması üçün nəzərdə tutulub. Hazırda 10 yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır. Növbəti ilin sonunda ilk sürət qatarları ölkəmizə gətiriləcək”.

"DM" xəbər verir ki, bu sözləri Fəxri xiyabanı ziyarət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

"Dəmir yolunun inkişafı ilə bağlı layihələr uğurla icra olunur. "Dəmir Yolları”nda kütləvi ixtisarlar planlaşdırılmır. Hazırda strateji inkişaf istiqamətlərinin müəyyənləşməsi üçün layihələrimiz var. "Dəmir Yolları”nın korporativ idarə üslubunda idarə olunması üçün ciddi addımlar atılır”, - deyə sədr əlavə edib.