05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Antalyada son 50 ilin ən güclü fəlakəti - FOTO/VİDEO

12.12.2022

Türkiyənin Antalya vilayəti təbii fəlakətin cəngindədir. Belə ki, şiddətli yağışlar əyalətdə daşqınlara səbəb olub. Nəticədə burada yüzlərlə istixana, evlərin birinci mərtəbələri su altında qalıb, körpülər dağılıb. Bundan başqa, onlarla avtomobili sel aparıb.

Yerli hökumət nümayəndələri son 50 ildə belə bir vəziyyətlə rastlaşmadıqlarını bildirirlər.


Kumluca rayon rəhbərliyindən yüksək hazırlıq vəziyyətində olduqları bildirilib. İnsanların fəlakət bölgəsindən təxliyəsi üçün Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) dəstək istənilib.

Əyalətdəki ibtidai və orta məktəblərdə tədris dayandırılıb.