05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada ticarət mərkəzində yanğın baş verib-VİDEO/ YENİLƏNİB

12.12.2022

Balaşixadakı "Stroytrakt” ticarət mərkəzinin damı 900 kvadratmetr sahədə çöküb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumilikdə yanğın sahəsi 10 min kvadratmetrə çatıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində mühafizəçi xəsarət alıb.

Yanğının təhlükə dərəcəsi üçdən dördə yüksəldilib.

Hadisəyə səbəb yağışa görə baş verən qısaqapanma hesab edilir. Ehtimallara görə, əvvəlcə ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə yığılmış tikinti materialları yanıb, daha sonra yanğın böyük sürətlə yayılıb.

İstintaq Komitəsi Balaşixada ticarət mərkəzində baş vermiş yanğın faktı ilə bağlı cinayət işi açıb.

11:35
Rusiyanın paytaxtı Moskva vilayətinin Balaşixa şəhərində "Stroypark" ticarət mərkəzində yanğın baş verib.

"DM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 500 kvadratmetr ərazini əhatə edib. Bir mühafizəçi yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb edilib.


Mənbə: İzvestiya