Rusiya sülhməramlısı “Report”un avtomobilinə  zərər yetirib   
    
                          
     
                         12.12.2022
 
    
                        Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən "Report” İnformasiya Agentliyinin avtomobilinə zərər yetirilib.
"Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.
Hazırda aksiya davam edir.