03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Hərəkatdan çağırış: Bizi son milli savaş gözləyir!

09.12.2022

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Azərbaycan Milli Hökumətinin 77-ci ildönümü ilə bağlı bəyanat yayıb.

"DM" xəbər verir ki, bəyanatda bu il "Qanlı 21 Azər”in ildönümünün fərqli atmosferdə keçirildiyi və İranda gedən proseslər vurğulanıb.

"21 Azər” ruhunu yaşatmaq üçün Güneyin dövlətçiliyini yaşatmaq vacibdir. Buna görə də bütün çeşidli ideologiyaların "Dildaşlıq, Soydaşlıq, Vətəndaşlıq” üzərində birləşməsi gərəkdir. Başqa anlamla desək, ideologiya yarışmalarını öz doğma dövlətimizin çatısı altında keçirməliyik.

"Qanlı 21 Azər” ruhu bizdən bir son milli savaş gözləyir. Bu gün işğaldan qurtuluş günüdür, öncə vətənimizi, millətimizi irançılıq boyunduruğundan qurtarmalıyıq. Millətimizin var olan kimliyini ona qaytarmalıyıq. Bu, zamanın hökmü, insanlığın təməl daşıdır”, - bildirişdə qeyd olunub.

Qeyd edək ki, Güney Azərbaycanda 1945-ci ilin 12 dekabrında yaradılan milli hökumət cəmi bir il sonra eyni gündə - bayram günündə İranın şah rejimi tərəfindən qan içində boğulmuşdu. Bu səbəbdən 21 Azər "qanlı bayram” adlandırılır.