17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İran səfiri Almaniya XİN-ə çağırılıb

09.12.2022

İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"DM" xəbər verir ki, Möhsün Şikarinin edam hökmünün icrasından sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok dünən öz Tvitter səhifəsində bu məsələ ilə bağlı paylaşım edib.

"Möhsün Şikari hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunub edam edilsə də, edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğa bilməyəcək”, - o qeyd edib.

İranın Xarici İşlər Nazirliyi isə Avropa ölkələri rəsmilərinin bəyanatlarını İranın daxili işinə müdaxilə adlandırıb.

Qeyd edək ki, həbs edilən etirazçılara qarşı edam hökmlərinin sayı artıb. BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman həbsdə olan 21 etirazçıya edam təhlükəsi olduğunu bildirib.