29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis gələn ilin yaşayış minimumu və ehtiyac meyarına “HƏ” deyib

09.12.2022

Milli Məclisin iclasında "Azərbaycanda "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"DM"-nın məlumatına əsasən, layihələr səsə qoyularaq qəbul olunub.

2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub

Bu o deməkdir ki, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək.

Azərbaycan hökuməti və parlamenti bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edir.