29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ayub Kara:İsrail Bakının bu layihəsinə qoşulmalıdır

09.12.2022

Bu il Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan hökumətləri regional tranzit potensialının gücləndirilməsi haqqında bəyannamə imzalayıb. Bundan sonra Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri bütün regionda nəqliyyat marşrutlarının, o cümlədən Avropanı Asiya ilə birləşdirən Orta dəhlizin inkişafının sürətləndirilməsinin zəruriliyi barədə qərar qəbul ediblər.

"DM" xəbər verir ki, bunu İsrailin keçmiş rabitə naziri Ayub Kara deyib.

"Dəhliz Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən Avropaya keçir. Bu, nəqliyyatın Çindən Avropaya qədər olan məsafəni 20-25 günə qət etməsinə imkan verəcək, bununla da İpək Yolu marşrutu canlanacaq. İsrailin keçmiş naziri kimi hesab edirəm ki, Təl-Əviv Orta dəhlizin inkişafına dəstək verməlidir. Çünki marşrut İsrail, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrini əhatə edəcək şəkildə genişləndirilərsə, "İbrahim müqaviləsi”nin möhkəmlənməsinə kömək edəcək. Körfəz ölkələri indi İsraili İranın təsirinə qarşı mübarizədə tərəfdaş kimi görürlər. Orta dəhliz tamamlanarsa, israillilər ona qoşulmağa cəhd edə bilər, çünki bu, türk respublikaları, İsrail və ərəb dünyası arasında daha güclü əlaqə yaratmağa kömək edəcək. Eyni zamanda, Çin, türk dövlətləri, İsrail, eləcə də ərəb ölkələri arasında ticarəti əhəmiyyətli dərəcədə genişləndirəcək. İsrail, Səudiyyə Ərəbistanı və İordaniya artıq İsraildən Körfəz ölkələrinə qatar ehtiyacını anlayır. Bunu birbaşa bildirirlər. Onlar Əbu-Dabidən İsrailə, Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə Hayfaya mənim təşkil etdiyim konteynerli yük daşımalarından başlaya bilərlər. Oradan isə bərə ilə Türkiyəyə, Avropaya və istənilən yerə gedə bilərlər. Bu o deməkdir ki, Avropadan Türkiyəyə qatar gedə, oradan gəmilər Hayfaya, Hayfadan İordaniyaya, Səudiyyə Ərəbistanına, oradan da Körfəz ölkələrinə və əks istiqamətdə geri qayıda bilər”, - o bildirib.